Almaniya milli komandasının futbolçusu Mesut Özil İngiltərənin "Arsenal" klubuna hazır vəziyyətdə qayıdıb.
gundemxeber.az report-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arsen Venger açıqlama verib. Fransalı mütəxəssis Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında çıxış etmiş türk əsilli yarımmüdafiəçinin zədəsinin tam sağaldığını bildirib: "Özil yenidən meydana çıxmağa hazırdır. O, Azərbaycanda 20 dəqiqə oynayıb. Oyundan köklənmiş vəziyyətdə qayıdıb və bu həftə xeyli çalışıb".
Venger digər zədəli futbolçuların vəziyyətindən də danışıb. O, Santi Kasorlanın mövsümün sonunadək, qapıçı Petr Çexin növbəti iki oyunda meydana çıxmayacağını açıqlayıb.
Qeyd edək ki, "Arsenal" son 9 oyundan 6-da məğlubiyyətlə üzləşib. İngiltərə Premyer Liqasında 27 oyundan sonra "topçular" 50 xalla 6-cı pillədə qərarlaşıb.
Sorğu
Yeni dizaynımız necədir?