Bolqarıstan idmançısı Neviana Vladinova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
Gundemeber.az Trend-ə istinadən bildirir ki, o, lentlə hərəkətlər üzrə finalda hakimlərdən 17.600 bal alıb.
Rusiyalı gimnast Arina Averina 16.900 balla ikinci, Belarus idmançısı Alina Qornoska isə 16.800 balla üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?