İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi bu mükafata layiq görülüb. Argentinalı ulduz ötən ay Primerada çıxdığı 6 oyunda 8 qol və 3 məhsuldar ötürmənin müəllifi olub. Aprelin ən yaxşı baş məşqçisi isə "Malaga"nın çalışdırıcısı Miçel Qonzalez seçilib. Əndəlus klubu apreldə 6 oyunun 4-də qələbə qazanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?