Azərbaycan boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, ölkəmizi 81 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib.
O, Hafidz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.
Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?