U-21 millimizin üzvü olan Dmitri Nağıyevin şərəfini qoruduğu Ukraynanın "Dnepr" klubu növbəti mövsümdən etibarən I Divizionda çıxış edəcək. "Dnepr"in Ukrayna Premyer Liqasının son turunda "Volın"la ev qarşılaşmasında matç 51-ci dəqiqədə yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması nəticəsində yarımçıq dayandırılıb.
gundemxeber.azz goal.az-a istinadən xəbər verir ki, həmyerlimiz komandanın uğursuzluğundan danışıb:
"Azarkeşləri yaxşı başa düşürük. "Dnepr" elə-belə klub deyil, bu komanda onların həyatının bir hissəsidir. İstədik ki, son turda onlara qələbə bəxş edək. Çox çalışsaq da, alınmadı və azarkeşlərlə emosional ayrılıq alındı. Onlara minnətdarlıq etmək və üzr istəmək istərdim. Bundan sonra necə olacaq? Tətildə hər şeyə aydınlıq gələcək".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?