Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Zinəddin Zidanın bir vaxt milli komandanı çalışdırmaq ehtimalından danışıb.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, fransalı funksioner bunları deyib:
"Bu hadisələrin məntiqi inkişafı olardı. Nə vaxtsa Zidana millidə işləmək maraqlı gələcək. Hazırda o, "Real"a çox xeyir verə bilər. Zidan bu işə tam uyğundur. Son vaxtlar nail olduqları heyrətamizdir. Hələ 2-3 il bundan əvvəl ona məsləhət görmüşdüm ki, qüvvəsini "Bordeaux" və ya Fransanın başqa bir klubunda sıasın".
Sorğu
Yeni dizaynımız necədir?