"Bayer Leverkusen"in hücumçusu Ştefan Kisslinq növbəti mövsüm karyerasını başa vurmaq qərarına gəlib.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bu qərarını baş məşqçi Hayko Herrlixə də çatdırıb. Herrlix onun ən azı 1 mövsüm oynamasını istəyirdi.
"Yeni məşqçimiz ilə danışdım. Konstruktiv söhbət alındı. Onun futboldan məlumatı böyük olmaqla bərabər, həm də özü keçmişdə futbolçu olub. Növbəti mövsüm mənim üçün son olacaq" - 33 yaşlı Kisslinq qeyd edib. O, 2006-cı ildən Leverkuzen klubunun şərəfini qoruyur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?