20 yaşında futbolu tərk edən Karan daha sonra sələfilərə qoşulub
Dünya Almaniya “U-17” futbol yığmasının türk əslli keçmiş oyunçusu Burak Karan Suriyada məruz qaldığı bombardımanda parçalanaraq ölüb. Bu barədə məlumatı Almaniyanın “Bild” qəzeti yayıb. Qəzetin xəbərində bildirilir ki, 20 yaşında futbolu tərk edən Karan daha sonra sələfilərə qoşulub.
Bacısının qəzeti verdiyi məlumata görə, Federal prokurorluq “Əl Qaidə” ilə əməkdaşlıq şübhəsi ilə Burak Karan barəsində təhqiqat başlatsa da, onu həbsinə ehtiyac görməyib.
Bir müddət Almaniyada tibbi və müxtəlif yardım vasitələri toplayaraq Suriya üsyançılarına göndərən B. Karan, daha sonra özü də arvadı və iki uşağı ilə birlikdə Türkiyənin Suriya sərhəddinə yollanıb.
Daha sonra Suriyaya keçən sabiq futbolçunun qaldığı ev bombardımana məruz qalıb. Burak Karanın bombartdıman zamanı parçalanaraq öldüyü bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?