Bakıda keçirilən Formula 2 yarışının VIII mərhələsinin qalibi Pertamina Arden komandasının pilotu Norman Nato olub.
Yarışda ikinci yeri Prema Racing komandasının pilotu Charles Leclerc, üçüncü yeri isə Kanadanın DAMS komandasından Nicholas Latifi tutub. Şənbə günü keçirilən Formula 2 yarışının VII mərhələsində isə Prema Racing komandasının pilotu Charles Leclerc qalib gəlmişdi. VII mərhələdə ikinci yeri Rapax komandasından Nyck de Vries, üçüncü yeri isə Kanadanın DAMS komandasından Nicholas Latifi tutub. VII mərhələdə bir neçə qəza baş verib. Prema Racing komandasının pilotu Antonio Fuoco-nun avtomobili rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb. Pilot yarışı yarımçıq dayandırıb. Rapax komandasının pilotu Johnny Cecotto JR.- un idarə etdiyi maşın səddə dəyib, o da yarışda iştirakını dayandırıb. Bundan başqa yarışda zəncirvari qəza da baş verib. Əvvəlcə Pertamina Arden komandasının pilotu Sean Gelael-in idarə etdiyi bolid səddə çırpılıb. Daha sonra ART Grand Prix, Rusiya komandasının pilotu Sergey Sirotkin, ART Grand Prix, Yaponiya komandasının pilotu Nobuharu Matsushita və Racing Engineering komandasının pilotu Gustav Malja-nın idarə etdikləri maşınlar ardıcıllıqla bir-birilərinə dəyib. Avtomobillər yararsız hala düşüblər.
Sorğu
Yeni dizaynımız necədir?