GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Mən legioner deyiləm Azərbaycanlı balasıyam — Toğrul Əsgərov

Mən legioner deyiləm Azərbaycanlı balasıyam — Toğrul Əsgərov

Tarix: 9-07-2017, 12:18 Bölmə :İdman Baxış: 336
Mən legioner deyiləm Azərbaycanlı balasıyam — Toğrul Əsgərov


Bunu açıqlamasında Toğrul Əsgərov deyib. O, bildirib ki, zədəsi ilə bağlı Azərbaycanda olmadığım üçün vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdi.

Toğrul Əsgərov bildirib ki, artıq vətəndədir.

O, "Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm. Bununla yanaşı məsələnin nədən ibarət olduğunu bilmədən, araşdırmadan şaiyələrə inanıb özümə qarşı tənqidi münasibətə çox üzüldüm." deyə əlavə edib.

Göləşçi həmçinin bildirib ki, "Mən Bakıdan Türkmənistan millisinə dəvət olunmağıma görə getməmişdim. Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşğabada getmişəm. Orda məni gördükdə millilərinə dəvət ediblər. Mən bu dəvətə müsbət cavab verməmişəm. Bir daha deyirəm, mən Bakıda olanda deyil, dəvət yerində olub.

T.Əsgərov onu da əlavə edib ki, son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təkliflərim olub. Azərbaycanı tərk etmək istəsəydim çoxdan gedərdim. Hər zaman doğma vətənimi üstün tutmuşam. Bu addımım xalqıma olan sevgilə yanaşı dövlətimizin, prezidentimiz İlham Əliyevin idmana, şəxsən bizə, mənə olan qayğısı, münasibətinin nəticəsidir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiya, "Neftçi" cəmiyyəti də öz köməyini əsirgəməyib. Bunun qarşılığında Avropa, dünya, olimpiya çempionluqlarını qazanaraq bayrağımızı qaldırmışıq, himnimizi səsləndirərək xalqımızı, dövlətimizi sevindirmişik.

Milyonlarla pul qazandığımızı deyirlər.

Mən Azərbaycan övladı olaraq döşəyə xalqımı, bayrağımı, himnimi düşünüb çıxıram. Pulla uğur qazanılmır. Şəxsi məşqçimlə yanaşı digər əməyi keçənlərin, gecə-gündüz məşqlərdəki əziyyətimiz sayəsində çempionluqlar əldə olunur. Pulu düşünərək dünya səviyyəli idmançı olmaq mümkün deyil. Uğurlarımızın qarşılığı dövlətimiz tərəfindən ödənilirsə biz ancaq təşəkkür edə bilərik.

Heç yerdə dünya səviyyəli lider idmançıların pulunu saymırlar. Xalqın, dövlətin başını uca etdiklərinə görə onlarla fəxr edirlər.

Çempion olmaqla yanaşı davranışımla, böyük-kiçik yeri bilməyimlə başqalarına nümunə olmağa çalışıram. Gənc olmağıma baxmayaraq bilirəm ki, yüz minlərlə insanlarımız bizdən örnək götürür. Biz idmançılar gənclərimizə hərtərəfli nümunə olmalıyıq.

Hindistanda zədə almağımla bağlı söhbətlər dolaşır. Biz özbaşına deyilik. Hindistandakı yarışa federasiyamızın rəsmi icazəsi ilə qatılmışam.

Peşəkar idmançı həyatı çox ağırdı. Zədələr daimi olur. Karyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Bunun ağrısını biz çəkirik. Demək olar 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir.

Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji, hərtərəfli çəkirik. Dünya səviyyəli idmançıların yüksək nəticələr qazanmaları üçün məşq, yarışlardan başqa heç bir problemi, qayğısı olmamalıdır. Bu bütün idman növlərinə aiddir. Yüz milyonlarla dollar qazanan idmançıların əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu qanunla bağlanmış müqavilələrdə də öz əlsini tapır. Bura yaşayış, qidalanma, vitaminizasiya, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildi. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq!

T.Əsgərov "25 yaşındayam. Karyeramın sonuna hələ çox var. İstəyim , arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdi. Bu nəticələri yenidən qazanmaq üçün ilk növbədə sağlam idmançı olmalısan. " deyib.

Mən legioner deyiləm Azərbaycanlı balasıyam!

Bu gün Toğrul Əsgərovun niyə Avropa, Amerikanın aparıcı klinikalarında deyil məcburiyyətdən Türkiyədə müayinə olunur məsələsi müzakirə olunmalıdır. Hər gün olimpiya çempionları yetişmir. Bizim ilk olaraq xalqımızdan mənəvi, psixoloji dəstəyə ehtiyacımız var. Növbəti olimpiya çempionluqlarını qazanmaq üçünsə peşəkar idmançıya tələb olunan şəraitin yaradılması mütləqdir. Bu hansısa idmançının kaprizləri deyil, dünyada qəbul olunmuş qaydalardır.

Güləşçimiz onu da qeyd edib ki, şəxsi məşqçim Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir. Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempipnatları, olimpiya oyunlarına hazırlaması olar.

Bütün Azərbaycan, xalqım bilsin, problemlərimin olmasına baxmayaraq maddi tərəfdən qat-qat yüksək çox ciddi təkliflərim olub, bu gün də var. Bunlara baxmayaraq doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam.

Belə fikirdə olmağımda şəxsi məşqçim də hər zaman yanımda olub.

İnanıram ki, Azərbaycanda da mənə dəyər verdikləri kimi yenə istəyirlər.

Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram!

Güləşçi sonda bildirib ki, günü bu gün Ali Baş Komandanımız səfərbərlik əmri versə güləşdiyim döşəyi Gəncədən görünən Murovdağın qarlı səngərinə dəyişib olimpiya çempionu kimi Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalmağa hazıram!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis generalı Məmməd Əsgərov vəfat edib

    Polis generalı Məmməd Əsgərov vəfat edib ...

    5-12-2013, 11:41

  • 
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01

  • 
  • Hakimiyyət Avropa Məhkəməsindən narazıdır

    Hakimiyyət Avropa Məhkəməsindən narazıdır ...

    3-06-2016, 00:32

  • 
  • Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq

    Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq ...

    7-09-2015, 13:17

  • 
  • Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edir

    Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina ...

    25-06-2017, 17:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu