“Daha çox qol vura bilərdik. Ümumiyyətlə isə düşünürəm ki, yaxşı oynadıq”.
Bu sözləri “Panatinaikos”un baş məşqçisi Marinos Uzunidis Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:0) sonra Yunanıstan mətbuatına deyib.
O, cavab görüşü öncəsi kiçik üstünlüklərinin olduğunu bildirib: "Ancaq rəqib çox təhlükəli komandadır. Kiçik bir boşluqdan yararlanmağı bacarırlar. Ona görə də Bakıdakı oyunda onlara belə imkanlar verməməliyik”./qol.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?