GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » "Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur" - Federasiyadan bəyanat

"Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur" - Federasiyadan bəyanat

Tarix: 1-08-2017, 13:00 Bölmə :İdman Baxış: 465
"Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur" - Federasiyadan bəyanat


Azərbaycan Güləş Federasiyası son günlər ölkə mətbuatında Federasiyanın fəaliyyəti, o cümlədən milli komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilən məlumatlarla əlaqədar bəyanat yayıb.

Qol.az-ın məlumatına görə, bəyanatda deyilir ki, federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir. Federasiyanın sponsor təşkilatların ayırdığı maliyyə ilə fəaliyyət göstərdiyi qeyd edilib:

"Məlum olduğu kimi, ölkəmizdə idman sahəsi, o cümlədən idmançılarımız dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, ayrı-ayrı idman növlərinin inkişafı, maddi-texniki bazasının təşkmilləşdirilməsi və milli idmançılarımızın yetişdirilməsi sahəsində mütəmadi olaraq çoxsaylı işlər görülür. Bu idman növləri arasında Azərbaycanda qadim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirməsi, Azərbaycan Güləş Federasiyasının yaradılması, bu idman növünün inkişaf etdirilməsi, ölkəmizin güləş üzrə yığma komandalarının formalaşdırılması, maddi-texniki bazanın yaradılması, milli güləşçilərimizin yetişdirilməsi istiqamətində Federasiyanın həyata keçirdiyi işlər nəticəsində bu gün Azərbaycan dünyada bu idman növü üzrə öz sözünü deyən, bu sahədə liderlər sırasında yer alan bir ölkəyə çevrilib. Son 10 il ərzində Azərbaycan güləşçiləri qatıldıqları bütün beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarında, Avropa və Dünya Çempionatlarında daim yüksək nəticələr göstəriblər. Azərbaycanın müstəqillik dövründə iştirak etdiyi Olimpiya Oyunlarında qazandığı 44 medaldan 23-ü məhz güləş yığmalarının payına düşür. Son 3 Olimpiya Oyunlarında güləşçilərimiz 20 medal əldə ediblər. Şübhəsiz ki, bütün bu uğurlar bir tərəfdən dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının, digər tərəfdən milli komandanın üzvlərinin və Federasiyanın birgə əməyi və zəhməti hesabına başa gəlib.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz "İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkə yığma komandalarının heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan Federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb.

Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və Dünya Çempionatlarında eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib.

Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaq.

Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də Federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcəkdir"./qol.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Güləş Federasiyasında nə baş verir?

    Güləş Federasiyasında nə baş verir? ...

    11-02-2016, 19:34

  • 
  • Bakıda dələduzluqda ittiham olan idmançı ilə bağlı - Açıqlama

    Bakıda dələduzluqda ittiham olan idmançı ilə ...

    13-08-2013, 12:12

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Rusiyanın Güləş üzrə federasiyasının vitse-prezidenti Çeçenistanda həlak oldu

    Rusiyanın Güləş üzrə federasiyasının ...

    20-06-2016, 21:44

  • 
  • Güləşdə yeni QAYDALAR

    Güləşdə yeni QAYDALAR ...

    29-02-2016, 12:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu