“Bakcell Arena”da baş tutacaq oyun həlledici xarakter daşıyır
Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək. Bakıda “Bakcell Arena”da baş tutacaq görüş həlledici xarakter daşıyır. Səfərdə afinalılara 0:1 hesabı ilə uduzan “Qəbələ” pley-off mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməlidir. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlmaq da önəmlidir. Rəqib paytaxtda fərqlənərsə, qəbələlilər üçün iki top fərqi ilə qələbə qazanmaq zərurəti yaranacaq. Qeyd edək ki, “Qəbələ” 2 il əvvəl Avropa Liqasının pley off mərhələsində “Panatinaikos”u səfər qolları (0:0,2:2) hesabına mübarizədən kənarlaşdırıb. Avropa Liqası III təsnifat mərhələsi, cavab oyunu 3 avqust 21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) Baş hakim: Kreyq Pauson Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir) Hakim-inspektor: Laslo Vaqner (Macarıstan) UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya) Bakı. “Bakcell Arena” İlk oyun – 0:1
Sorğu
Yeni dizaynımız necədir?