Artıq transfer pəncərəsi bağlanıb. Bundan sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətlərinə qata bilərlər.
Bu yay Azərbaycan klubları transfer bazarında çox passiv göründü. Yalnız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" və nisbətən "Qəbələ" müəyyən fallıq göstərdi. Digərləri isə əsasən yerli futbolçuları və ucuz əcnəbiləri heyətlərinə qatdı.
Bəs bu yay ölkəmizə gələn ən bahalı futbolçular kimlər olub?
gundemxeber.az Fanat.az-a istinadən xəbər verir ki, "Transfermarkt"ın qiymətləndirməsinə əsasən, bu yay ölkəmizə gələn ən bahalı futbolçuları müəyyənləşdirib.
Məlum olub ki, ən bahalı futbolçuları "Qarabağ" transfer edib. Ağdam klubunun PAOK-dan icarəyə götürdüyü Pedro Enrikenin transfer qiyməti 3 milyon avrodu. Ağdam klubunun dünən axşam Yunanıstan "Olimpiakos"undan icarəyə götürdyü Norveç millisinin üzvü Tarik Elyunussiyə 1,5 milyon avro qiymət qoyulub. Ukrayna "Şaxtyor"undan "Qarabağ"a gələn Anton Kanibolotskinin dəyəri isə 1 milyon avrodu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?