Yeniyetmə güləşçilər arasında Avropa çempionatında Azərbaycan idmançıları da iştirak edəcək
Çernoqoriyanın Bar şəhərində iyunun 18-də yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.
Proqrama əsasən, iyunun 18-19-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Nicat Mərdanlı (42 kq), Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Vurğun Əliyev (54 kq), Məhəmmədəli Əliyev (58 kq), Teymur Məmmədov (63 kq), Abdulmuslim Muxuddinov (69 kq), Şamil Sadullayev (76 kq), Nurməhəmməd Hacıyev (85 kq) və İqbal Hacızadənin (100 kq) mübarizə aparması planlaşdırılır.
İyunun 20-21-də böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı altında 8 qız güləşçimiz – Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Sona Tumarxanova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Orucova (52 kq), Ləman Qurbanova (56 kq), Rahilə Quluzadə (60 kq) və Anita Kələntərova (65 kq) çempion adı uğrunda yarışacaq.
Və nəhayət, son 2 yarış günü, yəni iyunun 22-23-də yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanov heyətə Seymur Hüseynov (42 kq), Namaz Rüstəmov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zubair Dibirov (58 kq), Sənan Əlimirzəyev (63 kq), Vüsal Həşimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukovu (100 kq) daxil edib.
AGF Hakimlər Kollegiyasının sədri, beynəxalq dərəcəli hakim Qərib Əliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?