İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.
İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.
42 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Məmmədzadə yarışa 1/8 final mərhələsindən qoşulub. O, ilk görüşündə Ermənistan təmsilçisi Arakel Movsesyanla qarşılaşıb. Rəqibinə xal verməyən M.Məmmədzadə 10:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. M.Məmmədzadə 1/4 final mərhələsinda Moldova təmsilçisi Stanislav Novac ilə qarşılaşacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?