Bu gün UEFA Çempionlar Liqası ilə yanaşı, Gənclər Liqasına da start verilib.
Qrup mərhələsində Azərbaycan da təmsil olunur. Ölkə çempionu “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində debüt matçına çıxıb. Əsas komanda kimi, Ağdam klubunun U-19 kollektivi də tarixi matçını Londonda, yerli “Çelsi”yə qarşı keçirib. Təəssüf ki, ağdamlıların debütü o qədər də uğurlu alınmayıb. İlk yarıda hesab açılmasa da, fasilədən dərhal sonra azlıqda qalması komandamızın meydanı böyük hesablı məğlubiyyətlə tərk etməsinə gətirib çıxarıb. Qeyd edək ki, bundan əvvəlki mövsümlərdə UEFA Gənclər Liqasında oynamaq hüququ qazanan Azərbaycan təmsilçilərinin hər ikisi yarışı elə ilk təsnifat mərhələsindəcə dayandırmışdı. 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib. “Qarabağ”ın əsas komandasının ÇL-in qrup mərhələsinə vəsiqə qazanması isə Ağdam klubunun U-19 komandasının da birbaşa Gənclər Liqasının qrupunda oynamasına şərait yaradıb.
Sorğu
Yeni dizaynımız necədir?