Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Madridin "Atletiko" klubu "Barselona" ilə keçirəcəyi oyunla bağlı gözlənilməz qərar qəbul edib.
Oktyabrın 14-də keçiriləcək matçda klub qonaq komandanın azarkeşlərinə bilet satmayacaq. "Sky Sports" portalının verdiyi məlumata görə, “Atletiko” bu qərarı klubun yeni stadionu olan "Vanda Metropolitano"nun nəqliyyat problemləri ilə əlaqələndirib. Lakin bu addımın Kataloniyada keçirilən müstəqillik referendumundan sonra yaranan gərginliklə bağlı olduğu iddia edilir./publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?