Bu gün UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Çelsi” matçında azarkeş izdihamı yaşanacaq.
Qarşılaşmanı izləmək istəyən əcnəbi azarkeşlər artıq Bakıya gəliblər. “Çelsi” komandasının İraq fan-klubu dünəndən paytaxtımızdadır. Fanatlar artıq klubun baş məşqçisi Antonio Konte ilə də görüş keçiriblər. Qeyd edək ki, bugünkü oyunda “Çelsi”ni 1000-ə yaxın azarkeş dəstəkləyəcək. “Qarabağ”ın 20 000 azarkeşi isə 3D xoreoqrafiya şousu göstərəcək.
Sorğu
Yeni dizaynımız necədir?