Noyabrın 22-də Bakıda görüşən Azərbaycanın "Qarabağ" və Britaniyanın "Chelsea" futbol klubları arasında oyun 4:0-la qonaqlarn xeyrinə bitib.
Çempionlar Liqasının qrup mərhələsində oynayan "Qarabağ" klubu "C" qrupunda sonuncu oynunlarından birini keçirib. Qolları Willian Borges da Silva- Eden Hazard-a, Cesc Fàbregas vurub. "Qarabağ" oyunçusu Rəşad Sadıqov qırmızı vərəqə alıb. "Qarabağ"ın məşqçisi Qurban Qurbanov deyib ki, qırmızı vərəqə "onların əla oyun göstərmək" fürsətini əllərindən alıb: "Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən, azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular". "Qırmızı"ların sayı artıb..." Qurban Qurbanov vurğulayıb ki, həmişə intizamlı komanda olublar, ancaq "son vaxtlar "qırmızı"ların sayı artıb". Ancaq sonuncu oyunda verilən "qırmızı vərəqə"ni o, ədalətsiz hesab edib: "Son vaxtlar qırmızı vərəqə çox ağır vəziyyətlərdə verilir. Məsələn, hansısa oyunçunu sındıranda. Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var. Lakin harasa şikayət etməyi düşünmürük". "Qarabağ" məşqçisi bununla belə komandasına təşəkkür edib, deyib ki, "güclü rəqibə qarşı yaxşı" oynayıblar. "Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq", Qurban Qurbanov Facebook hesabında yazıb. "Qarabağ"ın qrup çərçivəsində növbəti oyunu dekabrın 5-də İtaliyanın "Roma" klubu ilə Romada olacaq. Bakıda bir müddət əvvəl keçirilən ilk oyun zamanı "Roma" "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlmişdi. "Qarabağ" avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?