Kanadalı fiqurlu konki sürənlər Tessa Vörçü və Skot Moir çərşənbə axşamı Cənubi Koreyadakı çıxışlarına görə qızıl medana layiq görülüb.
Vörçü və Moir Mulen Ruj müziklının sədaları altında qüsürsuz çıxış ediblər və çıxışlarını ümumi 206.07 bal ilə başa vurublar.
Amerikalı bacı və qardaşdan Maya və Aleks Şibutanidən ibarət komanda üçüncü yerdə bitirərək bürünc medal qazanıb.
Kanadalılar Pxençxan Oyunlaırından evə iki qızıl medal ilə geri dönür. Bu medallardan birini onlar ötən həftə keçirilən konkisürmə tədbirində qazanıb və beləcə onların karyeraları boyunc qazandıqları medal sayı 5-ə çıxıb. Bu isə konkisürən cütlər arasında əldə olunan ən yüksək medal sayıdır. Onlar daha öncə də 2010-cu ildə Vankuverdə keçirilən Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.
Fristayl half-payp xizək yarışında isə qızıl medalı kanadalı Kassi Şarp, gümüş medalı Fransalı Mari Martino, bürünc medalı isə amerikalı Brita Siqurni alıb.
Pxençxan Oyunlarında həmçininin artıq üçüncü dopinq halı yaşanır. Belə ki, sloveniyalı xokkey oyuncusu Ziqa Jeqliçin 24 saat ərzində Olimpiya Kəndini tərk etməsi tələb olunub. Onun qanında nəfəsborusunu açmaq üçün nəzərdə tutulan fenoterol dərmanı aşkar edilib.
Jeqliç həmin dərmanın həkimlərin göstərişi ilə asma müalicəsi üçün istifadə etdiyi inhalyator olduğunu deyir.
Jeqliçin Pxençxan Oyunlarından uzaqlaşdırılması yaponiyalı konkisürən Kei Saitonun oyundan öncə keçirilən dopinq testindən keçməməsi və rusiyalı körlinq idmançısı Aleksandr Kruşelnitskinin qanında bürünc medal qazanandan sonra dopinq tapılmasına təsadüf edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?