FİFA 2018-ci il futbol üzrə dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini rəsmi olaraq təsdiqləyib.
Müvafiq qərar qurumun Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi iclasında verilib.
Bundan əvvəl, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.
Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?