Azərbaycan futbol üzrə növbəti dünya çempionatına ev sahibliyi edə bilər.
Bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.
APA-nın xəbərinə görə, Uruqvayın DÇ-2030-a namizədliyinə münasibət bildirən C.İnfantino deyib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarışı düşünmək lazımdı. Onun deməsinə görə, artıq iddiaçı ölkələr bəllidir:
“Bu ölkələr sırasında Azərbaycanla Türkiyənin birgə ev sahibliyi etmək istəyi də var. Həmçinin, Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, eyni zamanda Avstraliya ilə Yeni Zelandiya birlikdə mundialı qəbul etmək arzusundadılar. Amma bu istəklərin heç də hamısı müraciətlərini hələlik rəsmiləşdirməyiblər”.
Futbol üzrə dünya çempionatı 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.
Azərbaycan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.
Iqtisadi böhrana görə Azərbaycan bir sıra beynəlxalq yarışlardan imtina edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?