"Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov bu vəzifədən istefa verib.
gundemxeber.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və "Qarabağ”ın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, "Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?