Dünya çempionatında bu günə daha 3 oyun nəzərdə tutulub.
Günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulub. İsveç millisi Cənubi Koreya ilə üz-üzə gəlib.
Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha yüksək qiymətləndirilirdi. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
Bu qrupdakı digər oyununda Meksika Almaniyanı məğlub edib.
Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulub. Belçika Panamanı ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Daha sonra İngiltərə Tunisi sınağa çəkəcək.
18 iyun
G qrupu
19:00. Belçika - Panama - 3:0 Qollar: Dris Mertens, 47, Romelu Lukaku, 69, 75 Soçi. "Fişt" stadionu
22:00. Tunis - İngiltərə Volqoqrad. "Volqoqrad Arena"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?