Xorvatiya milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.
Səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə 1/4 final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.
Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Mancukiçdə isə hematoma aşkarlanıb. Vəziyyətlərinin ciddi olub-olmadığının müəyyənləşdirilməsi üçün onlar xəstəxanada həkim müayinəsindən keçəcəklər.
Qeyd edək ki, Xorvatiya Rusiyanı penaltilər seriyasında (əsas vaxt - 1:1, əlavə vaxt - 1:1) üstələyib - 4:3. İngiltərə ilə oyun iyulun 11-də "Lujniki" stadionunda keçiriləcək. Digər yarımfinal qarşılaşmasında Fransa ilə Belçika görüşəcək. Final matçı isə iyulun 15-də olacaq./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?