Bu gün dünya çempionatında bu gün ilk finalçı müəyyənləşib.
gundemxeber.az bildirir ki, yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gəlib. Oyunda bir qol vurulub və Fransa adını finala yazdırıb.
Qeyd edək ki, komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşmışdı. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşmışdı. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub etmişdi. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarmışdı.
Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxıb. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak etmiş və həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzmuşdu.
1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxıb. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilmişdi.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah İngiltərə və Xorvatiya arasında keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?