Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqlar daha yaxşı təsir bağışlayıb.
Görüşün 36-cı dəqiqəsində Stanislav Draqunun vurduğu qol Belarus çempionuna səfər qələbəsini təmin edib – 0:1.
Rəqiblərin təkrar oyunu bir həftə sonra Belarusda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.|oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?