Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək
İlk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağı olacaq.
İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelinin qalibi “Qarabağ”a rəqib olacaq.
Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları 18 iyul
18:00. “Astana” (Qazaxıstan) - “Spartak” (Latviya) İlk oyun - 1:0
20:00. “Vardar” (Makedoniya) - “Malmö” (İsveç) İlk oyun - 1:1
20:00. “Alaskert” (Ermənistan) - BATE (Belarus) İlk oyun - 1:1
21:00. “Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan) İlk oyun - 0:5
22:00. TNS (Uels) - “Riyeka” (Xorvatiya) İlk oyun - 0:2
22:00. “Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya) İlk oyun - 1:1
22:45. “Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya) İlk oyun - 0:2
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?