Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. İkinci oyun günündə daha iki qarşılaşma baş tutub. Öz meydanında "Kataniya"nı qəbul edən "Parma" rəqibi ilə bacarmayıb. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Kataniya" növbəti mərhələyə yüksəlib. İtaliya nəhəngi "Yuventus" klubu doğma azarkeşləri önündə "Kalyari"ni sınağa çəkib. Matçın taleyini bir qol həll edib. Covinkonun matçın 57-ci dəqiqəsində vurduğu qol Turin təmsilçisinə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, kubokun 1/8 final mərhələsinin oyunlarına dekbarın 19-da yekun vurulacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?