Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda sonuncu oyununu keçirib.
Qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin III turunda Finlandiyanın "Qərb Rayon Komandası" ilə üz-üzə gəlib.
Qarşılaşma "Uğur"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan təmsilçisinin yeganə qolunu Ümid Paşayev vurub. Bu nəticədən sonra Qəzənfər Abbasovun baş məşqçi olduğu kollektiv qrupu xalsız başa vurub.
Qeyd edək ki,"Uğur" I turda Ukrayna “Lvov Region”una 0:4, II turda isə İspaniya “Kastilya-i-Leon”una 0:2 hesabı ilə uduzub. /Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?