Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində səfərdə qarşılaşdığı Farer adaları yığması ilə oyunda hesabı açıb.
Gundemxeber.Az “Report”a istinadən xəbər verir ki, millinin 20 nömrəli futbolçusu Riçard Almeyda matçın 28-ci dəqiqəsində rəqib qapıçıdan qayıdan topu tora qovuşdurub.
***22:46
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirir.
D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağıdır.
Paytaxt Torshavnda “Torsvollur” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçın baş hakim Aleksey Yeskov idarə edir. Yan xətt hakimləri Dmitri Mosyakin, Anton Averyanov, dördüncü hakim Valeri Dançenko, əlavə köməkçi hakimlər Mixail Vilkov, Sergey Lapoçkindir (hakimlər briqadası Rusiyadandır).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?