Azərbaycanda antidopinq qaydaları pozulan idman növləri məlum olub.
Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, 2018-ci ildə Agentlik tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb.
Onun sözlərinə gprə, ilk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb: “Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib”.
Ş.Hüseynli vurğulayıb ki, cari ildə Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının Bakıda iclası keçirilib.
Onun sözlərinə görə, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun Bakıya səfəri olub.
Azərbaycan Milli Antidopinq Agentliyinin müfəttişləri 2018-ci il Qış Olimpiya Oyunlarında, Asiya Oyunlarında çalışıblar./trend
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?