Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra bütün milli federasiyaların idmançılarını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib. /REPORT
Sorğu
Yeni dizaynımız necədir?