Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha bir güləşçimiz erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.
İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.
Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.
16:26
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.
Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) ilk görüşündə Sebastyan Kolomparı (Serbiya) cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib – 9:0. O, 1/4 finalda Nuqzar Surtsumianı (Gürcüstan) da eyni hesabla yenərək yarımfinala vəsiqə qazanıb.
Taleh Məmmədov (-63 kq) təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub – 8:3. 1/4 finalda Mihay Mihutu (Rumıniya) məğlub edərək yarımfinala adlayıb – 8:7.
İslam Abbasov (-87 kq) startda çətinliklə də olsa, Denis Kudlaya (Almaniya) qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisi David Çakvetadzeni də məyus edərək (2:1) 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi erməni güləşçisi Maksim Manukyan olacaq.
Qeyd edək ki, bu gün qadın güləşçilərimizin də üç medal qazanmaq şansı var. Elis Manolova (-65 kq) qızıl, Tatyana Omelçenko (-62 kq) və Alyona Kolesnik (-57 kq) bürünc medal qazana bilər.//oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?