İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni şəkli ilə dünya mətbuatının gündəm mövzusu olub. “Barselona” klubunun üzvləri Orta Şərqdə sülhün tənzimlənməsində vasitəçi olmaq məqsədilə Fələstinə, oradan da İsrailə gediblər.
Fələstin prezidenti Mahmud Abbasla görüşdən sonra futbolçular İsrail prezidenti Şimon Peres və baş nazir Benjamin Netanyahu ilə də görüşüblər. Onlar daha sonra Qüdsü ziyarət ediblər. Lionel Messi də yəhudilərin müqəddəs saydığı “Ağlama Divarı”nı ziyarət edib. Onun ağlayarkən çəkilən şəkli maraqla qarşılanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?