"Qəbələ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Rəqib Gürcüstanın "Dinamo" kollektivi olub. Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Tbilisi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Matçdakı ilk qol birinci hissəyə təsadüf edib. Qonaqların heyətində Levan Katulya 41-ci dəqiqədə fərqlənib. 87-ci dəqiqədə isə Arfanq Daffe hesab arasındakı fərqi iki topa çatdırıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına Dinamo stadionunda olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?