Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Tatyana Omelçenko mübarizəyə başlayıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsnifat mərhələsində yeni zelandiyalı Ana Paulina Mokeyevanı sınağa çəkib. Görüş Omelçenkonun vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 6:0. Onun 1/8 finaldakı rəqibi vyetnamlı Ti Huonq Dao olacaq. 10:10*** Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Səbirə Əliyeva mübarizəyə başlayıb. 76 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı təsnifat mərhələsində cənubi koreyalı Eunju Hvanqla görüşüb. Qarşılaşma Əliyevanın qələbəsi ilə yekunlaşıb - 5:2. 1/8 final mərhələsində rəqib almaniyalı Aline Rotter Fokken olacaq. 09:49*** Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. "Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə üz-üzə gəlib. Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 5:0. Onun 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq. 09:12*** Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bu gün daha 4 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə başlayacaqlar. "Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.
57 kq-da Avropa çempionatlarının üçqat və "Minsk 2019" II Avropa Oyunlarının bürünc mükafatçısı Alyona Kolesnik çıxış edəcək. Onun təsnifat mərhələsinə təsadüf edən ilk görüşdə rəqibi ukraynalı İrina Çixradze olacaq.
59 kq-da "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa çempionatının bürünc medalçısı Tatyana Omelçenko təsnifat mərhələsində yeni zelandiyalı Ana Paulina Mokeyevanı sınağa çəkəcək.
65 kq-da son Avropa çempionu və Bakıdakı islamiadanın qalibi Elis Manolova 1/8 finalda hindistanlı Kaur Navcotla qarşılaşacaq.
76 kq-da isə gənclər arasında Avropa çempionu, böyüklər arasında isə Avropa çempionatının bürünc, islamiadanın gümüş mükafatçısı Səbirə Əliyeva təsnifat mərhələsində cənubi koreyalı Eunju Hvanqla görüşəcək.
Dünya çempionatı 18 sentyabr
57 kq Təsnifat. Alyona Kolesnik - İrina Çixradze (Ukrayna)
59 kq Təsnifat. Tatyana Omelçenko - Ana Paulina Mokeyava (Yeni Zelandiya)
65 kq 1/8 final. Elis Manolova - Kaur Navyot (Hindistan)
Bu çəkilərdən 57 kq və 76 kq-da yarımfinaladək və ya son təsəlliverici görüşədək irəliləyənlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 59 kq və 65 kq isə qeyri-olimpiya çəkiləridir.
Bu gün həm də Mariya Stadnik 50 kq çəki dərəcəsində final görüşünə çıxacaq. Onun rəqibi dünya və Avropa çempionatlarının mükafatçısı, rumıniyalı Emilia Alina Vuç olacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq görüşü İTV canlı yayımlayacaq.
Sorğu
Yeni dizaynımız necədir?