Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı keçirilir.
Publika.az xəbər verir ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.
61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasili Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib.
Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz çempion olub.
97 kq çəki dərəcəsində Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Ceban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxandı, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz Rusiya təmsilçisi Abduasalam Qadisova finalda məğlub olaraq gümüş medal qazanıb.
Sorğu
Yeni dizaynımız necədir?