Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olacaq. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı Antoniu Nobrenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
İkinci qrupda yer alan Azərbaycan millisi keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransızlar isə qrupda ilk görüşlərinə çıxacaqlar.
AÇ-2021-in seçmə mərhələsi
II qrup
10 oktyabr
23:00. Fransa – Azərbaycan
Baş hakim: Antoniu Nobre
Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş
Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)
Kale, “Stade de l'Epopee” stadionu
Xal durumu: Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3, Fransa – 0.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?