Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını məğlub edib. Milli komanda "Bakcell Arena"da baş tutan görüşdə rəqibini 5:1 hesabı ilə üstələyib. Bununla da yığma seçmə mərhələlərdə ilk dəfə 10 xal toplanış olub və bir tsikldə 3 qalibiyyət əldə edib. Bu zəfər sayəsində milli yer aldığı C qrupunda 3-cü pilləyə yüksəlib. VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç qarşılaşmaları ilə yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı. R.Prosineçkinin baş məşqçisi olduğu komanda cari tsiklə San Marinonu səfərdə, Norveçi isə evdə 1:0 hesabı ilə məğlub etməklə yanaşı, Çexiya ilə rəqib meydanında qolsuz heç-heçə edib.
2018-ci il dünya çempionatının seçmə mərhələsi C qrupu Azərbaycan – San Marino 5:1 Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71 (öz qapısına). Rəşad Sadıqov, 81 - Mirko Palatsi, 74 Baş hakim: Nikola Dabanoviç Baş hakimin köməkçiləri: Milutin Cukiç Yovitsa Tatar Dördüncü hakim: Pavle Radovanoviç (Hakimlər Monteneqrodandır) Hakim-inspektor: Kay Osterqard (Danimarka) Komissar: Oljas Abrayev (Qazaxıstan) Bakı. "Bakcell Arena" Xal durumu: Almaniya - 21, Şimali İrlandiya - 16, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?