UEFA Millətlər Liqasında AVRO-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib.
Yekun “16-lıq” seçmə mərhələ başa çatandan sonra dəqiqləşib. Bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığma komandalarıdır. A, B, C və D yolunda yer alacaq kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər dörd qrupun qalibi Avropa çempionatına vəsiqə qazanacaq. B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovo Şimali Makedoniya ilə üz-üzə gələcək. Gürcüstan isə Belarusla görüşəcək. C yolunda Norveç Serbiya ilə qarşılaşacaq. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər. Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq. Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək. A yolu İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya B yolu Bosniya və Herseqovina - Şimali İrlandiya Slovakiya - İrlandiya C yolu Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya Norveç - Serbiya D yolu Gürcüstan - Belarus Şimali Makedonya - Kosovo Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 24 komandanın iştirakı ilə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Artıq 20 komanda seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanıb. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?