“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 16-ya çatıb.
İyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 39 komandadan 33-nün adı bəllidi.
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq “Qarabağ”ın mümkün rəqiblərindən yeddisi digər səbətdə yer alıb. Lakin təmsilçimizin bəxtinə I təsnifat mərhələsinin cütləri də düşə bilər. “Zəiflər”in 9-u mümkün rəqib sayılır. Yalnız Ermənistan çempionu Ağdam klubuna rəqib ola bilməz. I raunddan başlayacaq 9 komanda, həmçinin buradan azad 7 klub “Qarabağ”ın potensial rəqibidi.
Burada “Dundalk”, “Dudelanj”, “Kukesi”, “Samtredia”sı, Latviya “Spartak”ı, “Mariehamn” və “Vardar” kimi komandalar var. Bosniya və Herseqovina ilə Monteneqroda çempion olacaq klublar da bu siyahıya əlavə ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?