Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.
Gundemxeber.Az xəbər verir ki, ötən gün dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış “Mercedes Sprinter” mikroavtobusu aşkar edib.
Polis aşkar edib ki, avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs var, onlar soyuqdan donma təhlükəsi ilə üzləşiblər. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.
“Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb. Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib. Polislər uşaqları Atırau şəhərinə qədər müşaiyət ediblər”,-regional polis idarəsinin açıqlamasında deyilir.
Bildirilir ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar. “Onlar sadəcə olaraq donub ölə bilərdilər, çünki avtobus xeyli vatdır şaxtada dayanmışdı”,-polis departamentindən bildiriblər.
Departamentdən əlavə ediblər ki, yarışlar başa çatana qədər Azərbaycan yığmasının mikroavtobusu təmir ediləcək və onlar komandanı hökmən yolda müşaiyət edəcəklər.
Mikroavtobusun sürücüsü Murad Səfiyev xilas olduqları üçün Atırau polisinə minnətdarlıq edib və bu məqsədlə videomüraciət yayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?