Atırauda (Qazaxıstanın qərbində şəhər) 2 polis hiddətlənən yerli sakinlərdən qadın paltarı geyinərək gizlənməli olublar. Bu barədə “Ak Jayık” qəzeti yazır.
Hadisə yerli sakinlərin iddia etdiyinə görə, əxlaqsızlıq yuvası olan mənzildə baş verib. Son bir neçə ildə sakinlər polisdən bu əxlaqsızlıq yuvasını bağlamağı tələb edib. Ancaq heç bir nəticə əldə edilməyib. Mayın 25-də səhər saatlarında binanın sakinləri jurnalistlərin iştirakı ilə “məhəbbət evinin” sahibləri ilə danışmaq istəyib. Müəyyən vaxtdan sonra binaya polis avtomobili yaxınlaşıb və 2 asayiş keşikçisi mənzilə daxil olub. Ancaq sakinlərdən heç birinin polisə zəng etmədiyini bildirilir. Bir saat sonra asayiş keşikçiləri mənzildən çıxmadığına görə, sakinlər yenə polis çağırmaq qərarına gəliblər.
Binaya daha 2 polis yaxınlaşıb, ancaq mənzilə daxil olmayıblar. Bu arada naməlum şəxslər 1-ci polis avtomobilini binanın girişindən uzaqlaşdırıblar (açarları onlara nəfəslikdən ötürüblər) . Mənzildən çıxan bir qadın isə toplaşanları təhqir etməyə başlayıb. Qeyd olunur ki, bu qadın toplaşanların diqqətini yayındırmaq üçün bayıra çıxıb. Belə ki, bir neçə dəqiqə sonra binanın girişindən qadın paltarı geyinən 2 polis çıxıb.
Qaçmaq istəyən polisləri bir neçə təqaüdçü və hamilə qadın tutmağa cəhd ediblər, ancaq polislər onlardan yaxa qurtara biliblər.
Hadisəni şərh edən Atırau vilayəti daxili işlər departamenti həmin polislərin işdən azad olunduğunu və onların rəhbərliyinin intizam məsuliyyətinə cəlb olunacaqlarını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?