İtaliyanın "Roma" klubu mövsümün sonunda futbolçusu Henrik Mxitaryanla yollarını ayırmaq niyyətindədir.
"Canavarlar" 31 yaşlı yarımmüdafiəçi üçün İngiltərə "Arsenal"ına 23 milyon avro ödəmək istəmir.
İcarə əsasında "Roma"da çıxış edən oyunçu London klubunun baş məşqçisi Mikel Artetanın da planlarına daxil deyil. "Topçular" Mxitaryan üçün yeni alıcı axtaracaqlar.
Qeyd edək ki, Henrik Mxitaryanın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?