18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü David Qarayev Rusiyanın "Sport24.ru" saytına geniş müsahibə verib.
Futbolçu müsahibəsində Azərbaycanla bağlı bəzi maraqlı məqamlara da toxunub. Müxbirin ona ünvanladığı "Köklər sizi Azərbaycana bağlayır, yoxsa sadəcə gənclər liqasına çağırılmışdınız?" sualına 24 yaşlı hücumçu belə cavab verib:
"Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm. Bu içimdəki hər şey deməkdir. AFFA mənə zəng vurdu və dedi ki, biz 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda quracağıq. Sonra yeri gəlmişkən, bir çox əcnəbi, məsələn, ukraynalıları götürdülər və onların vətəndaşlıqlarını dəyişdirdilər. Avropa Çempionatına getdim. Bundan sonra yəqin ki, səhvən Rusiya Futbol İttifaqı üçün legioner sayıldım. Mən yalnız Rusiya vətəndaşlığını istədim - bu mənim üçün daha asandır. Bunu geri dəyişmək çətin idi, amma Azərbaycan təsdiqlədi.
Qeyd edək ki, futbolçu "Kamaz" klubunun üzvüdür. O, 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə çıxış edib.//"Yeni Sabah"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?