“Mən bütün vergiləri ödəmişəm. Belə olmasaydı, işçi vizası ala bilməzdim. Mənim AFFA ilə müqaviləm FİFA müqaviləsidir. Orada bütün vergilər nəzərdə tutulub”. Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib. Foqts onu da bildirib Ki, Azərbaycan vergi qanunvericilynə nümunəvi vətəndaş kimi ödənişləri vaxtlı vaxtında edir.
Xatırladaq ki, Foqtsun vergidən yayınması barədə ilk xəbəri bir özgəsi yox, rəsmi dövlət qurumu, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdi.
Cənab Müslümov bildirmişdi ki, məcburi sosial sığorta haqqı ödənişi üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər. Sitat: "Azərbaycanda bütün legioner idmançılar məcburi sosial sığorta haqqı ödəməlidir. Təəssüf ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hələ də bunun üçün qeydiyyata düşməyib". Səlim müəllimi başa düşmək mümkündür. Ən azı ona görə ki, Berti Foqts uzun illərdir ki, Azərbaycan millisinin baş məşqçisi postundadır və onun indiyəcən DSMF-də niyə qeydiyyata düşməməsi ciddi sual doğurur. Axı Foqts nə az, nə çox, hər ay AFFA-dan 100 min dollar əməkhaqqı alır. Bura qələbə və heç-heçələr üçün nəzərdə tutlan mükafatları da əlavə etsək, kifayət qədər böyük məbləğ alınır. Foqts isə ildə 1200000 dollardan çox aldığı əməkhaqqından vergi ödəmirmiş.
Məsələnin maraqlı tərəfi odur ki, Səlim Müslümovun bu açıqlamasından sonra AFFA-dan da cavab gəlmədi. Söhbət ondan gedir ki, Foqtsun aldığı əməkhaqqı əslində deyilənlərdən çoxdur. Və AFFA-nın ikili mühasibatdan istifadə etdiyi sirr deyil.
AFFA-dakı mənbənin dediyinə görə isə əslində Foqts vergi qeydiyyatına yeni düşüb. Yəni Azərbaycanda çalışdığı 5 il 6 ay sonra. Mənbə deyir ki, indiyəcən dövlət büdcəsinə bir qəpik keçirməyən Foqtsun yekə-yekə danışması da səbəbsiz deyil. Onun əvəzinə vergini AFFA prezidentinin göstərişindən sonra ölkənin futbol qurumu ödəyib. Özü də 5 il 6 ay ərzində yığılan borcları yox. Həm də çox kiçik məbləğ. Çünki Foqtsun aldığı illik əməkhaqı barədə bir dəfə özü alman mətbuatına açıqlamasında ağzından qaçırıb. Ona kağız üzərində nə qədər pul yazıldığı isə bilinmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?