Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib. O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə, o cümlədən Azərbaycan Milli Olimpiya Komitəsinə kredit formasında sərf olunacaq.
Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. //report.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?