ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" və "Atlanta Yunayted" klublarının futbolçularında koronavirus aşkarlanıb.
Gundemxeber.Az liqanın rəsmi saytına istinadən xəbər verir ki, hər komandanın bir futbolçusununda test nəticəsi müsbət olub. Adları açıqlanmayan şəxslərdə xəstəlik əlamətləri olmayıb və onlar özlərini təcrid ediblər.
Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi sabiq futbolçu Devid Bekhemdir. MLS çempionatı martda koronavirusa görə dayandırılıb, mövsümün iyulun 8-də bərpa ediləcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?